Nobel Komitəsi Sülh mükafatı laureatı, Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının keçmiş sədri Navi Pilleylə əlaqə saxlaya bilməyib.

Oxu.Az-ın "The Guardian" nəşrinə istinadən xəbərinə görə, bu barədə təşkilatın nümayəndəsi Yorqen Vatne Fridnes məlumat verib.
"Əgər sizə Norveç nömrəsindən zəng gələrsə, xahiş edirəm, cavab verin. Mən tezliklə sizinlə danışmağı səbirsizliklə gözləyirəm", - deyə o, laureata müraciət edib.
Qeyd edək ki, daha əvvəl Nobel Komitəsi Navi Pilleyin Sülh mükafatını "Sülhün və beynəlxalq hüququn möhkəmləndirilməsindəki səylərinə görə" aldığını açıqlamışdı.