Penitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınmışdır.
Oxu.Az-a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 15.12.2013-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan 1967-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Dilavər Baloğlan oğlu Baloğlanova vətəndaş Vaqif Əlican oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilən zaman “Servelat” kolbasasının içərisində gizlədilmiş 1(bir) ədəd “Nokia” markalı mobil telefon aparatı, 1(bir) ədəd “Samsung DUOS” markalı mobil telefon aparatı və 1(bir) ədəd sellofana bükülmüş xalis çəkisi 24,333 qram olan narkotik maddə “Tiryək” aşkar edilərək götürülmüşdür.
Qeyd edək ki, həmən gün daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan 1991-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Seymur Səxavət oğlu Sövqatova dostu vətəndaş Ramin Səlim oğlu Rzayevin gətirdiyi sovqata baxış keçirilən zaman kartofun içərisində əvvəlcədən oyularaq gizlədilmiş 1(bir) ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür.
Faktlar üzrə araşdırma aparılır.