“Life.ru” saytı 2016-cı ilin yanvarında Komidə iki azərbaycanlı arasında baş verən münaqişənin əks olunduğu videonu paylaşıb.
Qeyd edilir ki, videoda Komi Respublikasının Mikuni şəhərində 31 saylı islah koloniyasının 36 yaşlı mayoru X.Həsənovun 35 yaşlı baş gizir Ş.Əliyev tərəfindən güllələnməsi əks olunub. Hadisə 2016-cı ilin yanvar ayının 27-də baş verib.
Oxu.Az xəbər verir ki, ilkin məlumata görə, kişilər arasında münaqişə Əliyevin arvadına görə baş verib.
Belə ki, kadrlarda səhər saat 9 radələrində Həsənovun öz avtomobilində koloniyanın darvazasına yaxınlaşması görünür. Bu zaman növbədə olan Əliyev yaxınlaşan maşına tərəf atılır. Həsənov maşının arxasında gizlənməyə çalışsa da, Əliyev onu haqlayır və bir neçə dəfə atəş açır.
Onun öldüyündən əmin olan Əliyev özünü süngü ilə öldürməyə çalışır, intiharın uğursuz alındığını görəndə, avtomatla özünə atəş açır.
Hadisə nəticəsində 36 yaşlı mayor hadisə yerində ölür, xəstəxanaya ağır vəziyyətdə çatdırılan Əliyev isə bir müddət sonra dünyasını dəyişib.
Hadisə ilə bağlı Komi Respublikasının İstintaq Komitəsi Rusiya Cinayət Məcəlləsi üzrə cinayət işi qaldırıb.
“İbtidai istintaq zamanı gizirin cinayətin törədilməsinə aidiyyəti olduğuna dair dəlillər toplanıb, amma onun ölümü ilə əlaqədar olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olmayıb”, - məlumatda deyilir.
Qeyd edilir ki, hüquq-mühafizə orqanlarında olan mənbənin sözlərinə görə, gizir Əliyev və mayor Həsənov arasında dostluq münasibətləri hələ 90-cı illərdə hər ikisinin Komi Respublikasında 31 saylı islah koloniyasında xidmətə gələrkən başlayıb. Onların münasibətlərinin pozulması keçən il Əliyevin mənzil almaq üçün birdəfəlik vəsaitin alması olub.
“Əliyev həyatda çox tamahkar idi. Yəqin ki, tamahkarlıq ona elə güc gəlib ki, o, arvadına onu boşayıb, uşaqları atıb, pulları götürərək Azərbaycana gedəcəyini deyib”, - mənbə bildirib.
Əliyevin qərarını dəstəkləməyən ailə dostu Həsənov onu fikrindən döndərməyə çalışıb. Mübahisə ucbatından onların əlaqəsi tamamən kəsilib.
“Həsənov bir neçə dəfə ona arvadını iki uşaqla qoyub getməsinin alçaq hərəkət olduğunu bildirib”, - sakinlər danışırlar. Amma Əliyev dostunu dinləməyib. Həsənovun bundan sonra isə Əliyevin arvadı Kamilə ilə münasibətləri yaranıb.
N.O.
www.oxu.az