Hüquq-mühafizə orqanları onun tutulması üçün “İnterpol”a müraciət edib
Azərbaycan vəzifəli şəxs barəsində beynəlxalq axtarış elan edib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, “İnterpol” saytı verdiyi məlumata görə, Azərbaycan vətəndaşı, 48 yaşlı İlqar Yadigarov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə təqsirləndirilir.
Azərbaycan hüquq-mühafizə orqanları onun tutulması üçün İnterpola müraciət edib.