Nərimanov rayonundakı “Jasmine” otelində əxlaqsızlıq yuvası saxlanması müəyyən edilib.
Oxu.Az DİN-in saytına istinadən xəbər verir ki, noyabr 18-də İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonundakı “Jasmine” otelində, oranın işçisi, Bakı şəhər sakini Kənan Paşayevin əxlaqsızlıq yuvası saxlaması aşkar edilib.
Faktla bağlı araşdırma gedir.