Azərbaycanda yaxın 10 ildə avtomobillərin sayı 3 milyona çatacaq.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu Azərbaycan Texniki Universitetin Avtomobillərin nəqliyyat kofedrasının müdiri Sülhəddin Gözəlov bildirib.
O vurğulayıb ki, hazırda Bakıda hər min nəfərə 330 avtomobil düşür. Son on ildə bu rəqəm 2,2 faiz artıb.
Hazırda Azərbaycanda avtomobillərin sayı 1,2 milyondan çoxdur. Bunun 750 mini (62 faizi) Bakı, qalanı isə bölgələrin payına düşür.
Artım belə davam edərsə, yaxın 10 ildə Azərbaycanda avtomobillərin sayı 3 milyona çatacaq.