Dünən Belarusda “Novaya Quta” keçid məntəqəsində kişi sərhədçilərə Azərbaycan vətəndaşının adına olan pasportu təqdim edib, “Pravda Qomel” məlumat yayıb.
Oxu.Az xəbər verir ki, sərhədçi təqdim edilən sənəddəki şəklin onu təqdim edən adama aid olmadığını görüb.
Vətəndaşın şəxsi əşyalarının arasında onun öz pasportunun tapılmasına baxmayaraq sərhəd keçid məntəqəsində o, öz qardaşının pasportunu təqdim edib.
Dövlət sərhəddini düşünülmüş şəkildə qanunsuz keçməyə cəhd etdiyi üçün vətəndaşa qarşı Belarusun İnzibati hüquq üzrə 23.29-cu maddəsinin 1-ci bəndinə əsasən administrativ proses başlayıb.
Yoxlama tədbirlərinin keçirildiyi zaman vətəndaşı vilayət üzrə Daxili İşlər İdarəsinin müvəqqəti təcridxanasına yerləşdiriblər. Bu barədə Homel sərhəd qrupunun komandirinin köməkçisi Dmitri Ukeyko bildirib.