Rusiya DİN idarəsinə Domodedovo aeroportunda aerovağzal kompleksində gözləmə zalında qəzet köşkünün yanında mobil telefonunu unudan və onun tapılması üzrə tədbirlər görülməsinə dair ərizə daxil olub.
Oxu.Az Rusiya DİN-in saytına istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat polisinin əməkdaşları yaşayış yeri qeyri-müəyyən olan Ermənistan vətəndaşını növbətçi hissəyə gətiriblər. Şahidlərin yanında şəxsi əşyalarının axtarışı zamanı zərərçəkənin şəxsi əşyası aşkar edilib.
Uçuş öncəsi yoxlamadan keçərkən çıxartdığı saatına yiyələnən naməlum şəxsə dair tədbir görülməsi barədə idarəyə yazılı ərizə ilə vətəndaş müraciət edib.
Zərərin məbləğini kişi 15 000 rubl məbləğində dəyərləndirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat polisləri tərəfindən Azərbaycan vətəndaşı saxlanılaraq növbətçi hissəyə gətirilib. Şahidlərin yanında zərərçəkənə məxsus saat onun üstündə aşkar edilərək müsadirə edilib.
Cari faktlar üzrə hal-hazırda yoxlama aparılır.