Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında həbs edilmiş şəxsə narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5, 120.2.11 maddələrinə əsasən həbs edilmiş şəxs Elvin Əlisafa oğlu Babayevə tanışları vətəndaş Şəmsəddin Dilavəddin oğlu Babayev və vətəndaş Fərid Hidayət oğlu Mustafayevin gətirdikləri sovqata baxış keçirilən zaman konfetlərin içərisinə xüsusi üsulla yerləşdirilmiş xalis çəkisi 5,460 qram olan narkotik vasitə “tiryək” aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.