Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda dostunu öldürmək istəyənə HÖKM OXUNDU
Bakının Xəzər rayonunda tanışını öldürməyə cəhd etməkdə təqsirləndirilən Nağı Quliyevə hökm oxunub.
Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, Nağı Quliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı Tural Yaqubov təqsirləndirilən şəxsin 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb. Nağı Quliyev aralarında yaranmış mübahisə zamanı tanışı Əlisakit Məmmədova bıçaq zərbəsi vurub.
N.Quliyevə qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
"Qəsdən adam öldürməyə cəhd" teqi üzrə xəbərlər
- Həyat yoldaşını öldürmək istəyən şəxsə HÖKM OXUNDU
- Salam vermədiyinə görə tanışına 14 bıçaq vuran şəxsə ad günündə HÖKM OXUNDU
- Bakıda ərinə balta ilə xəsarət yetirən qadının cəzası azaldılıb
- Arvadını başqası ilə yazışmasına görə güllələyən şəxslə bağlı YENİ QƏRAR - Cəzası azaldıldı
- Bakıda hoteldə dəhşətli cinayət: Uşaqlara film izlədib, qadını pəncərədən atıb - TƏFƏRRÜAT