Bakının Nizami rayonu ərazisində meyit tapılıb.
Oxu.Az xəbər verir ki, hadisə avqustun 2-də Q.Qarayev prospekti, 81 ünvanında qeydə alınıb.
Futbol meydançasında meyiti tapılan şəxsin Bakı şəhər sakini 1950-ci il təvəllüdlü Bəkir Əhmədov olduğu bildirilir.
Meyit üzərində hər hansı zorakılıq əlamətləri görünməyib.
Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12