Bakıda 18 yaşlı oğlan ürək nahiyəsindən bıçaqlanıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə ötən gecə Yasamal rayonu Şərifzadə küçəsində qeydə alınıb.
İsabala Elxan oğlu Allahverdiyev yaralı vəziyyətdə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. O, əməliyyat olunub.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının araşdırması nəticəsində məlum olub ki, İ.Allahverdiyev ürək nahiyəsindən bıçaq zərbəsi alıb.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az