Bakı şəhərində mənzillərdən oğurluq edən şəxslər saxlanılıb.
Oxu.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 21-nə keçən gecə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan Vahid Məmmədovun evindən pəncərədən girmək yolu ilə oğurluğa cəhd göstərilib.
Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qəsəbə sakini Ruslan Hüseynov tutulub.
Aparılmış əməliyyat tədbirləri ilə onun qardaşı Ələkbər, Bakı şəhər sakinləri Əliyusif Fərəcov, Əlvan Zeynalov və Orxan Zeynalovla birlikdə mayın 9-dan iyunun 20-dək olan müddətdə vətəndaşlar K.Əliyev, Ş.Məmmədzadə və N.Bağırova məxus pul və qızıl əşyaları, habelə iyunun 16-da Məhəmməd Bədəlovun evindən 350 manat və 100 ABŞ dolları pul oğurladıqları da müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Ə.Hüseynov, Ə.Fərəcov, Ə.Zeynalov və O.Zeynalov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.