Ötən gün saat 17 radələrində Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində bıçaqlanma hadisəsi olub.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bıçaq xəsarəti almış 1985-ci il təvəllüdlü Səfərov Tural Mirzəbala oğlu təcili tibbi yardım maşını ilə 3 nömrəli xəstəxanaya gətirilib.
Yaralının vəziyyəti orta-ağır hesab olunur.
Hadisənin hansı səbəbdən baş verməsi, hələ ki, məlum deyil.
Qeyd edək ki, Tural Səfərov Səbail rayonu Böyük Salyan şosesi ev 22, mənzil 119-da yaşayan “Bakı-xəbər” qəzetinin baş redaktorunun müavini, jurnalist Samirə Səfərovanın oğludur.
E.Ə.
www.oxu.az