Bakıda qəbiristanlıqda insident törədən kişi həbs edilib.
Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Qaradağ rayonunun Müşfiqabad qəbiristanlığında qeydə alınıb.
56 yaşlı Abbas Xəlilov (şərti adla) sərxoş halda işlədiyi qəbiristanlığa gəlib. Burada naməlum səbəbdən mollanı və ətrafda olan insanları söyüb. Ərazidə xidmətdə olan polis əməkdaşları ona irad bildirib hərəkətini dayandırmağı istəsələr də, Abbas qanuni tələbə məhəl qoymayaraq, əməlinə davam edib.
Nəticədə o saxlanılıb və barəsində müvafiq protokollar tərtib olunub.
Məhkəmənin qərarı ilə A.Xəlilov 10 gün müddətinə inzibati qaydada həbs edilib.