Bakıda bankda saxta dollar dəyişdirmək istəyən qadın saxlanılıb.
Oxu.Az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhər sakini Həcər Əliyeva Nəsimi rayonu ərazisindəki banklardan birində 1 ədəd 100 dollarlıq saxta əsginası dəyişdirmək istəyərkən Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
A.M.