Fevralın 25-də Yasamal rayonu ərazisində yerləşən “Yanar dağ” kafesində, oranın sahibi Natiq Məmmədzadənin otağından 12000 manat oğurlanıb.
DİN-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, DİN-in Növbətçi Hissələri İdarəertmə Xidməti və Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Mingəçevir şəhər sakini Sönməzbəy Məmmədov Qusar sərhəd-keçid məntəqəsindən keçərkən tutulub.