Bakının mərkəzində hoteldə bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, İçərişəhər, S.Quliyev küçəsində yerləşən “Shah Palace” adlı hoteldə qeydə alınıb.
Belə ki, orada fəhlə çalışan 1988-ci il təvəllüdlü Teymur Qasımov həmkarı, 1987-ci il təvəllüdlü Mahal İsmayılovun döş qəfəsinə bıçaqla xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az