Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) Cənub Regional Şöbəsinin keçmiş əməliyyatçısı narkotik maddə ilə tutulub.
Oxu.Az xəbər verir ki, Report-un Cənub bürosunun məlumatına görə, BNMİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İdarənin Cənub Regional Şöbəsinin keçmiş əməliyyatçısı Nazim Xəlilov tutulub.
Onun üzərinə baxış keçirilən zaman səkkiz bükümdə narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.
E.Ə.
www.oxu.az