Martın 17-də gecə saatlarında naməlum şəxs Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İnquşetiyadakı idarəsinin binasına atəş açıb.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Məlumata görə, martın 17-də gecə saatlarında Rusiya FTX-nin İnquşetiya Respublikası üzrə Malqobek rayon bölməsinin binası qumbaraatanla atəşə tutulub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
N.О.
www.oxu.az