Göyərtəsində İsveçin müdafiə naziri Piter Hultkvistin də olduğu təyyarənin sərnişinləri partlayış təhlükəsinə görə, evakuasiya edilib.
Oxu.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Hadisə dünən gecə İsveçin Luleo şəhərindəki hava limanında meydana gəlib. Təyyarə artıq uçuş-enmə zolağında olarkən və uçmağa hazırlaşarkən onu saxlayıblar və sərnişinlər təxliyyə edilib. Sərnişinlər arasında İsveç müdafiə naziri də olub.
Sonradan polis partlayış təhlükəsi barədə xəbərin doğru olmadığını bildirib.
N.О.
www.oxu.az