Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Arzu Balayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az Report-a istinadla xəbər verir ki, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Bayayeva 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, A.Balayeva dələduzluqda təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.
A.S.
www.oxu.az