Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

DTX dövlətə xəyanət etməkdə təqsirləndirilən Azər Bağırovu saxladı
Bakı şəhəri Səbail Rayon Məhkəməsində Azərbaycan Respublikasının vətəndaşı Azər Akif oğlu Bağırov barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məhkəmə prosesi keçirilib.
Oxu.Az-ın məlumatına görə, xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan Azər Bağırov Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş tədbirlər nəticəsində İordaniya Haşimilər Krallığı ərazisində tutularaq Azərbaycan Respublikasına gətirilib.
İş materiallarından məlum olur ki, xarici ölkənin xüsusi xidmət orqanı 3-cü ölkələrdə hazırladığı təxribat hadisələrində iştirakını büruzə verməmək üçün Azərbaycan vətəndaşı kimi Azər Bağırovu cəlb edib. Azər Bağırov isə öz Azərbaycan Respublikasının vətəndaşı statusundan xarici xüsusi xidmət orqanının xeyrinə və Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə etməklə xaricdə dövlətimizin maraqlarına qəsdən ziyan vurub, casusluq fəaliyyəti ilə məşğul olub.
Məhkəmə Azər Akif oğlu Bağırov barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs qətimkan tədbiri seçib.

"Dövlət Təhlükəsizliyi Xidməti (DTX)" teqi üzrə xəbərlər
- DTX-dən ƏMƏLİYYAT: Fazil Mustafaya sui-qəsd cəhdinə rəhbərlik edən şəxsin oğlu da həbs olundu
- DTX-dən ƏMƏLİYYAT: Ordumuza aid videomaterialları "TikTok"da yaymış şəxs istintaqa cəlb edildi
- DTX və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarının maaşları yeni redaksiyada təsdiqlənib
- BMT-nin İşçi Qrupunun Ruben Vardanyanın işi ilə bağlı TARİXİ QƏRARININ MƏZMUNU
- "Milyonluq kreditin ayrılmasını Nəcməddin Sadıkov xahiş etmişdi" - "Şlyapa Zahid"in məhkəməsi