Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Emin Əmrullayevin əmri QHT sədrinin 20 minlik yalanını üzə çıxardı - Hökm oxundu
"Yeni Baxış" İctimai Nəzarət Təşkilatının sədri Şahvələd Əsgərova hökm oxunub.
"Qaynarinfo"nun məlumatına görə, Şahvələd Əsgərov Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib.
O, Elm və Təhsil Nazirliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki Sektorunda metodist vəzifəsində işləyən Ülviyyə adlı qadından 20 min manat alaraq, vəzifəyə təyin etdirəcəyinə söz verib. Təşkilat sədri 2022-ci ildə qadından əvvəlcə 200 min manat istəyib və daha sonra 20 min manat alaraq, onun Elm və Təhsil Nazirliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri olacağına söz verib.
Nazir Emin Əmrullayev sözügedən idarəyə rəis əvəzi təyin etdikdən sonra Ülviyyə QHT sədri tərəfindən aldadıldığını başa düşüb və pulunu geri istəyib.
Şahvələd Əsgərov vəzifəyə getmək istəyən qadını daha sonra Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki Sektorunun müdiri təyin etdirəcəyinə inandıraraq, bir müddət onun hüquq-mühafizə orqanlarına şikayət etməsinin qarşısını ala bilib. Sonda aldadıldığını başa düşən Ülviyyə hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında təqsirləndirilən şəxs 9 yanvar tarixdən 11 yanvar 2024-cü il tarixinə kimi şübhəli şəxs qismində həbsdə saxlanılıb.
Zərərçəkmişə dəyən ziyan qaytarıldığı üçün Şəki Ağır Cinayətlər Məhkəməsi 1963-cü ildə Gədəbəy şəhərində doğulmuş Şahvələd Əsgərovu Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib və 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəkəcək.
Qeyd edək ki, hazırda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsini Günay Rasim qızı Mahmudova icra edir. Şəki Rayonu üzrə Təhsil Sektorunun müdiri isə Zamik Namiq oğlu Cəbiyevdir.
"Emin Əmrullayev" teqi üzrə xəbərlər
- Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı
- Nazir valideyn və ya müəllimlər arasında olan münaqişələrdən DANIŞDI
- Nazir: "Məktəblərdə rüşvət halı ilə bağlı hər bir müraciət araşdırılır"
- Azərbaycanda neçə məktəb binası var? - Nazir AÇIQLADI
Rəylər