20 yaşlı gəlini təhqir edərək, fiziki əzab verənlərə hökm oxunub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Astara rayonunun Pəlikəş kənd sakini Malik Nabatov oğlu Afiəddin və arvadı Mirvarilə qabaqcadan əlbir olaraq gəlini 20 yaşlı Qutamə Arzu qızı Rükiyevanı mütəmadi olaraq təhqir edərək, işgəncə veriblər.
Hakim İsmayıl Abdürrəhmanlının sədrliyilə keçirilən qapalı məhkəmə iclasında zərərçəkən Qutamə Rukiyevanın əri Afiəddin Nabatov 4 il azadlıqdan məhrum edilib.
O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olacaq. Qayınata Malik Nabatov və qayınana Mirvari Şahmuradovaya himayələrində azyaşlı uşaqların olması nəzərə alınaraq, 3 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Həmin cəza 2 il sınaq müddətilə şərti hesab edilib.
Qeyd edək ki, gəlinə işgəncələr verdiyi üçün Qutamə Rukiyevanın əri Afiəddin Nabatov, qayınatası Malik və qayınanası Mirvari Şahmuradova Cinayət Məcəlləsinin 133.2.3, 133.2.4, 133.2.6 və 145.1 maddələrilə təqsirli biliniblər.
Məhkəmə zamanı 20 yaşlı Qutamə Arzu qızı Rükiyevanın verdiyi ifadə isə hər kəsi kədərləndirib:
“Bıçaqla məni yaraladılar. İşgəncə verirdilər. Hər gün deyirdilər ki, ya səni qovacağıq, ya da, öldürəcəyik. Sən mənim istəkli gəlinim olmamısan. Bir gün orada yaxşı günüm olmayıb. Allaha and olsun, qayınatam əlimə siqaret basırdı”.