Gəncə şəhərində 34 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində Ə.Kərimova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən 56 yaşlı Elçin Pirverdiyev saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Samir Əli
Gəncədə 34 yaşlı kişi bıçaqlanıb.
Oxu.Az-ın məlumatına görə, şəhər sakini, 34 yaşlı Ə.Kərimov bıçaq xəsarəti alıb.
O, xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatı hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli