Gəncədə intihar hadisəsi qeydə alınıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Gəncə sakini 1955-ci il təvəllüdlü Abdullayeva Validə Tofiq qızı Heydər Əliyev prospektində yerləşən binalardan birindəki mənzilində özünü asıb.
İntiharın səbəbi hələlik məlum deyil. Gəncə Şəhər Prokurorluğunda faktla bağlı araşdırma aparılır.