Gəncə şəhərində bıçaqlanaraq xəsarət alan qardaşların son vəziyyəti məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 23-ü, saat 01:30-da iki nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Onlara budun açıq və döş qəfəsinin digər şöbələrinin açıq yaraları diaqnozu təyin olunub. Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.
Gəncə şəhərində baş verən bıçaqlanmanın bəzi təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında şəhərdə yerləşən parkların birinin yaxınlığında baş verib.
Hadisənin baş verməsinə səbəb kimi Dilsuz Vüqar oğlu Qazıyevin həyat yoldaşından boşanmaq istəyinin olması bildirilir.
Qeyd olunub ki, Fərid Azər oğlu Qurbanov Dilsuzun qohumlarından biridir. Bu zəmində aralarında mübahisə yaranıb və bıçaqlanma hadisəsi baş verib.
Faktla bağlı araşdırma aparılır.
Əzizə İsmayılova
Gəncədə iki qardaşın bıçaqlanması ilə nəticələnən qanlı olay baş verib.
Oxu.Az xəbər verir ki, 32 yaşlı İlqar Vüqar oğlu Qazıyev və onun kiçik qardaşı (26 yaş) Dilsuz Vüqar oğlu Qazıyev bıçaqlanıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Məlumata görə, onları bıçaqlamaqda şübhəli bilinən 24 yaşlı Fərid Azər oğlu Qurbanov hadisə yerindən qaçıb.
Onun saxlanılması istiqamətində axtarışlar davam etdirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.