Gəncədə toy mərasimində bıçaqlanan şəxsin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a bildirilib ki, oktyabrın 19-da saat 22:00-da 2000-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Döş qəfəsinin açıq yarası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Gəncə şəhərində toy mərasimində qonağı bıçaqlayan şəxs saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı, Daşkəsən rayon sakini Sənan Bağırov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Samir Əli
Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, 2000-ci il təvəllüdlü Arzu Hüseynov bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
İlkin məlumata əsasən, hadisə şəhərdə keçirilən toy mərasimlərindən birində baş verib.