Qobustan həbsxanasına mobil telefon keçirmək istəyən şəxsin cəhdi baş tutmayıb.
Oxu.Az Ədliyyə Nazirliyi Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, əməliyyat aparatının əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Qobustan həbsxanasında cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.1; 315.2; 317.3; 66.3 və 67 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Telman Qufran oğlu Bayramova xalası oğlu Üzeyir Mütəllim oğlu Ağarabizadənin gətirdiyi sovqata baxış keçirilən zaman “Jilet” üz kreminin içərisinə xüsusi üsulla yerləşdirilmiş daxilində danışıq kartı olmayan 1 (bir) ədəd “Nokia” markalı mobil telefon aparatı və ona məxsus 1 (bir) ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.