Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayon icra hakimiyyətinin qəyyumluq şöbəsində baş verib.
Sabirabad rayon sakini, 1977-ci il təvəllüdlü Şəlalə Fərəcova oğlu və gəlini Məleykə Fərəcovanı qəyyumluq şöbəsinə gətirib, onların birgə nikahdan olan övladını qəyyumluğa götürmək istəyir. Hadisə yerinə gəlinin anası Rüqiyyə Fərəcova gəlib və Şəlalə ilə Rüqiyyə arasında uşağa görə mübahisə yaranıb. Mübahisə nəticəsində Şəhla gəlinini və onun anası Rüqiyyəni yumruqla vurub yıxıb. O, daha sonra Rüqiyyənin saçından tutaraq icra hakimiyyətinin koridorunda sürüyüb.
Hadisədən sonra Şəlalə Fərəcova polisə müraciət edib.
Polis əməkdaşlarının araşdırması nəticəsində Ş.Fərəcovanın Rüqiyyə Fərəcovaya xəsarət yetirdiyi müəyyən edilib.
Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Ş.Fərəcova 300 manat cərimə edilib.
Samir Əli