Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İmişli və Abşeronda təbiətə yarım milyon manatdan çox zərər vurulub - Cinayət işi başlandı
İmişli və Abşeronda zəbt edilən müxtəlif növ hasilat işləri ilə bağlı cinayət işi başlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İmişli və Abşeron rayonları ərazisində vəzifədən sui-istifadə etməklə yerin təkinin istifadə qaydalarının pozulması, qanunsuz hasil edilmiş qarışıq süxur kütləsinin külli miqdarda ziyan vurulmaqla gizli olaraq talanması və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb.
Araşdırmalarla İmişli rayonu ərazisində yerləşən "İmişli" qum-çınqıl yatağında "Azqum" MMC, Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində yerləşən "Güzdək" əhəngdaşı yatağında Rövşən Feyziyev və Anar Xəlilova məxsus karxananın vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətindən sui-istifadə etməklə torpaq sahələri zəbt edərək qanunsuz hasilat işlərinin aparılması, həmçinin Abşeron rayonunun Pirəkəşkül kəndinin ərazisində qeyri-aşkar şəraitdə qanunsuz olaraq hasil edilmiş qarışıq süxur kütləsinin külli miqdarda ziyan vurmaqla gizli olaraq talanması nəticəsində təbiətə 628 min manatdan artıq zərər dəyməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmin faktlara görə, Cinayət Məcəlləsinin 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq), 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1, 255.2 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə müvafiq cinayət işləri başlanaraq, istintaqın aparılması üçün aidiyyəti üzrə Baş Prokurorluğun İstintaq idarəsinə və Daxili İşlər Nazirliyinə göndərilib.
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- 15 nəfərin ölümünə səbəb olan spirti istehsal edən şəxs həbs olundu
- Bir neçə rayonda qanunsuz ağackəsmə faktı ilə bağlı ARAŞDIRMA - 44 min manatdan çox ziyan vurulub
- 86 milyon manatdan artıq pul vəsaitini ölkəyə qaytarmayan vəzifəli şəxs HƏBS OLUNDU
- Zaqatalada ağacların kəsilməsi ilə bağlı cinayət işi başlandı: Vəzifəli şəxslər işdən ÇIXARILDI
- Azərbaycanda təbiətə yüzminlərlə manat ziyan vuruldu - Cinayət işi açıldı