İrandan gələn azərbaycanlının daxili orqanında heroin aşkar olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) Oxu.Az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Rəşad Axundovun üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı onun daxili orqanında, düz bağırsağında 1 ədəd bükümdə, ümumi xalis çəkisi 0,701 qram olan narkotik vasitə - heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az