Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) fevralın 25-də keçirdiyi illik toplantıda təşkilatın prezidentini və direktorlar şurasına 5 üzv seçib.
Palatadan Oxu.Az-a verilən məlumata əsasən, Ernst & Young şirkətinin Azərbaycandakı idarəedici tərəfdaşı İlqar Vəliyev yenidən Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti seçilib.
Bununla yanaşı, KPMG Azerbaijan şirkətinin idarəedici partnyoru Vüqar Əliyev, GoldenPay şirkətinin təsisçisi və rəhbəri Fərid İsmayılzadə, Azerfon (Nar Mobile) şirkətinin Baş direktoru Kent Maknili, Chevron Azerbaijan şirkətinin ölkə meneceri Erik M. Volker, Paşa Bankın İnvestisiyalar üzrə Baş direktoru Taleh Kazımov "AmCham"ın direktorlar şurasına üzv seçiliblər.