Bizneslə məşğul olduğu Çexiyanın Praqa şəhərində iyunun 30-da öz avtomobilində ölü tapılan azərbaycanlı iş adamı, TERN Transport & Trading CZ şirkətinin baş direktoru Rəşad Qafarov ölümündən iki gün əvvəl özünün Facebook hesabında xoşbəxt təbəssümlə gülümsəyərkən çəkilmiş fotolarını paylaşıb.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Qafarovun Facebook dostları fotonun altına öz şərhlərini yazaraq ona xoş arzularını ifadə ediblər.
İyunun 29-da Facebook istifadəçiləri ona mesaj göndərərək əhvalını soruşub. “Oktay Vayic” adlı istifadəçi yazıb: “Rəşad bəy, necəsiniz, Bakıya gələndə mütləq görüşərik”.
Biznesmen iyunun 29-da ona yazılan mesajlardan birinə cavab verib. Bu, yerli vaxtla 1. 23-də yazılan cavabdır. Qalan mesajlar isə cavabsız qalıb, belə ehtimal etmək olar ki, Qafarov iyunun 29-da gecə oğurlanıb və meyiti maşınında ertəsi gün tapılıb.
Belə məlum olur ki, biznesmenin qətli barədə onun tanışları və dostları elə həmin gün xəbər tutub. Çünki həmin fotonun altından iki gün sonra, iyunun 30-da biznesmenin dostları onun ölümündən sarsıldıqlarını ifadə edən postlar yazıblar.
“Arzu Bağırova” adlı istifadəçi biznesmenin ölümündən sarsıldığını ifadə edərək yazıb: “Allah rəhmət eləsin sizə”
“Məhərrəm Zümrüd Hacıyeva” adlı istifadəçi isə “Rəşadım mənim... hələdə özümü çox pis hiss edirem....” yazaraq biznesmenin ölümündən kədərini ifadə edib.
Lakin Qafarovun Facebook tanışlarından biznesmenin ölümünün təfərrüatları barədə yazanları yoxdur.

16:50
Azərbaycanlı iş adamı, “Tern Transport & Trading CZ” şirkətinin rəhbəri Rəşad Qafarov Praqada maşınında ölü tapılıb. Çexiyanın Nova TV televiziyası xəbər yayıb ki, hadisə günün günorta çağı baş verib. Onun üzərində bıçaq xəsarətləri olub.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Rəşad Qafarovun şirkəti beynəlxalq yükdaşımalarla məşğul olur.
Şirkət 2008-ci ildə yaradılıb, hava, dəniz, dəmiryolları və avtomobil daşımaları ilə loqistik xidmətlərin tam kompleksini təklif edir.

Н.О.