"No_Statement5927" ləqəbli "Reddit" istifadəçisi məşhur manyakla eyni həbsxana kamerasında cəzasını necə çəkdiyindən danışıb.
Oxu.Az xəbərinə görə, bu barədə "Rambler.ru" nəşri yazıb.
"No_Statement5927"in sözlərinə görə, bu şəxs 1970-ci ildən 1987-ci ilə qədər 36-dan 87-yə qədər insanın həyatına son qoyan sanitar Donald Harvi olub.
"O, peşman idimi? Xeyr, heç də yox. O bununla fəxr edirdi və hətta bununla öyünürdü. O mənə bir sıra başqa cinayətlərdən də danışdı, hansı ki, bunlara görə heç vaxt məhkum olunmadı. Bir dəfə o mənə 10 yaşlı uşağın qolundakı sistemə necə maye sement yeritdiyindən danışdı. Uşağın dərhal vəziyyəti pisləşib, lakin daha 3 gün ərzində yavaş-yavaş həyatdan gedib. Onun damarları tıxanıb, infarkt olub və bundan sonra ölüb. Harvi uşağı xilas etməyə çalışan tibb işçilərindən biri olub, lakin elə bu faciənin səbəbkarı da özü olub", - deyə müəllif bildirib.
O əlavə edib ki, Donald Harvi ona yüzlərlə cinayətini etiraf edib, halbuki istintaq onlardan yalnız yarısını sübuta yetirilmiş hesab edir. Bir çox hallarda o öz qurbanlarına onlar üçün kritik olan dozada insulin yeridib, lakin bu ölümlər şübhə doğurmayıb.
"O, tez-tez ilk qurbanını xatırlayırdı, hansı ki, bu barədə heç vaxt heç kim bilmədi - bu onun ölümcül xəstə olan böyük xalası Meysi idi. Harvi ona qulluq etməli olurdu və onu yük kimi qəbul edirdi, ona görə də sadəcə olaraq onu boğub. O mənə dedi ki, həmin gün özünü Allah kimi hiss edib və bundan sonra uzun illər ərzində bu hissi yenidən yaşamaq istəyib", - deyə "No_Statement5927" qeyd edib.