Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Məhkəmə keçmiş MTN generalı ilə bağlı QƏRAR VERDİ
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, həbsdə olan general-mayor Elçin Quliyevin azadlığa buraxılması ilə bağlı şikayəti üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, kassasiya şikayəti üzrə bu gün Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin olunmayıb.
Qeyd edək ki, E. Quliyev məhkəməyə vaxtından əvvəl, şərti olaraq azadlığa buraxılması üçün müraciət edib.
Aşağı instansiya məhkəməsi onun müraciətini təmin etməyib. Kassasiya şikayəti həmin qərardan verilib.
E.Quliyev daha əvvəl də vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət etmişdi.
Qeyd edək ki, Elçin Quliyev 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə general 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Elçin Quliyevə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Süni intellekt gələcəkdə məhkəmə sisteminin təkmilləşdirilməsində əhəmiyyətli rol oynayacaq
- Bakıda Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir
- QHT sədrinin şok əməli: Yas məclisində qadınla tanış oldu, pulunu alıb vəd verdi
- Naxçıvanda qanunsuz hərbi forma geyinən şəxslə bağlı QƏRAR
- Yeni təyin olunan hakimlər and içiblər