Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun barəsində apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə M.Əzizovun vəkili çıxış edib.
O bildirib ki, müvəkkilinin barəsində bəraət hökmü çıxarılmalıdır.
Daha sonra M.Əsgərov vəkilinin dedikləri ilə razılaşdığını söyləyib. O qeyd edib ki, əməliyyatı xüsusi təyinatlılar həyata keçirib.
Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib.
Qeyd edək ki, M.Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etmək və digər ağır cinayətlərdə ittiham olunur.
E.Ə.
www.oxu.az