Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Kənddə biabırçılıq: Kafedə əxlaqsızlıq yuvası aşkarlandı
Beyləqan rayonunda 1965-ci il təvəllüdlü Əhməd (ad şərti göstərilib - red.) əxlaqsızlıq yuvası təşkil etməkdə ittiham edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əhməd tamah məqsədilə Beyləqan rayonunun qəsəbəsində yerləşən yeməkxana kimi işlətdiyi özünəməxsus fərdi yaşayış evini fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası kimi təşkil edib. O, 30 yanvar 2023-cü ildə, saat 13 radələrində Sahilənin 20 manat pul müqabilində Musa ilə cinsi əlaqədə olaraq fahişəliklə məşğul olması üçün 10 manat yer pulu alıb.
Əhməd saxladığı fərdi yaşayış evinin otağını, yəni mənzil sahəsini Sahiləyə fahişəliklə məşğul olmaq üçün verib. Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Sahilə və Musa onlar üçün ayrılmış otaqda cinsi əlaqədə olarkən saxlanılıblar.
Hadisəni törədən Əhmədin barəsində Cinayət Məcəlləsinin 244.1-ci (fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Beyləqan rayonunun qəsəbəsində pasport qeydiyyatındadır və ailə üzvləri ilə birlikdə həmin qəsəbədə daimi yaşayır: "Özüm rəsmi olaraq heç bir yerdə işləmirəm, lakin ailəmi dolandırmaq üçün Beyləqan rayonunun qəsəbəsində yerləşən fərdi yaşayış evinin otaqlarını yeməkxana kimi istifadə edirəm. Həmin kafedə balıq bişirərək satıram".
Təqsirləndirilən şəxs qeyd edib ki, 30 yanvar 2023-cü ildə, saat təxminən 13 radələrində kafedə olan zaman tanımadığı bir nəfər kişi və bir qadın kafeyə gəliblər: "Mən həmin şəxslərə yaxınlaşdım və onlar yemək istədiklərini bildirdilər.
Həmin şəxslərə balıq bişirərək verdim. Onlar yeməyi yeyib bitirdikdən sonra adının sonradan Musa olduğunu öyrəndiyim şəxs mənə yaxınlaşaraq yanında olan qadın, yəni Sahilə ilə pul qarşılığında cinsi əlaqədə olmağa razılaşdığını bildirdi, məndən cinsi əlaqədə olmaları üçün pul qarşılığında otaq təşkil etməyimi xahiş etdi. Pula ehtiyacım olduğu üçün otaqlardan birində cinsi əlaqədə olmaları üçün Musaya şərait yaratmağa qərar verdim. Musanı yeməkxananın içərisində olan otaqlardan birinə apararaq, 1 saata 10 manat pul alacağımı bildirdim. Musa mənimlə razılaşdı, mənə 2 ədəd 5 manatlıq pul əsginası verdi. Sonra Musa yemək yedikləri otağa qayıtdı və Sahilə ilə birlikdə göstərdiyim otağa keçdilər. Musa ilə Sahilə otağa keçdikdən təxminən 10 dəqiqə sonra polis əməkdaşları yeməkxanaya daxil olub və onların otaqda cinsi əlaqədə olduqlarını aşkar etdilər. Sonra polis əməkdaşları onlardan şəxsiyyəti təsdiq edən sənəd tələb edib və kafedə nə səbəbə əxlaqsızlıq yuvası saxlamağımın səbəbini soruşublar. Mən də əməlimdən peşman olduğum üçün polislərə heç bir söz deyə bilmədim və pula ehtiyacım olduğu üçün Musa ilə Sahilənin kafedə cinsi əlaqədə olmaları üçün 10 manat pul qarşılığında onlara otaq verdiyimi bildirdim. Daha sonra polis əməkdaşları evə baxış keçirdilər və evin digər yataq otağında olan bir ədəd tək lüləli ov tüfəngini və 2 ədəd tir tüfəngini aşkar edərək götürdülər".
Əhməd bildirib ki, daha sonra polis əməkdaşları izahatlarının alınması üçün onları Beyləqan Rayon Polis Şöbəsinə gətiriblər: "Mən əvvəllər fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvaları təşkil etməmişəm və vətəndaşlara cinsi əlaqədə olmaları üçün pul qarşılığında otaq verməmişəm. Musa Sahilə ilə pul qarşılığında cinsi əlaqədə olmağa razılaşdığını bildirərək, məndən otaq təşkil etməyimi xahiş etdikdə onlara otaq vermək qərarına gəlmişəm. Bu səbəbdən də onlara otaq vermişəm. Mənim yeməkxanada fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvaları təşkil etməyim, saxlamağımdan heç kimin məlumatı olmayıb. Kafeni özüm tək işlədirəm. Törətdiyim əməlimi etiraf etmişəm. Hərəkətlərimdən səmimi peşmanam".
İş üzrə şahid qismində ifadə verən Musanın sözlərinə görə, Beyləqan rayon sakini Əhmədi əvvəllər tanımayıb, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmayıb: "Yanvarın 30-da əsgərlə görüşmək üçün Beyləqan rayonunun qəsəbəsi ərazisində yerləşən hərbi hissələrdən birinə getməli oldum. Yolu tək getməmək üçün əvvəllər tanıdığım və bir neçə dəfə pul qarşılığında cinsi əlaqədə olduğum Tərtər rayon sakini Sahiləyə zəng edərək pul qarşılığında mənimlə Beyləqan rayonuna getməyi, şərait olarsa, pul qarşılığında yenə də cinsi əlaqədə olmağı bildirdim. Sahilə mənimlə razılaşdı və yaşadığım Ağdam rayonuna gəldi. Biz birlikdə Beyləqan rayonuna gəldik. Hərbi hissəyə gedərək əsgərlə görüşmək istədiyimi bildirdim. Lakin həftə içi olduğu üçün əsgərlə görüşməyim mümkün olmadı. Həmin vaxt nahar vaxtı olduğu üçün nahar etmək və sonra geri qayıtmaq qərarına gəldim. Kənd sakinlərindən nahar etmək üçün yeməkxana yeri soruşdum. Mənə hərbi hissənin yaxınlığında yerləşən Əhmədin işlətdiyi kafeni göstərdilər. Sahilə ilə birlikdə həmin kafeyə getdim. Yeməkxanaya daxil olanda orada bir kişi olduğunu gördük. Həmin kişi yaxınlaşaraq bizi əyləşdirdi. Biz yeməkləri sifariş etdik. Yeməyi yeyib qurtardıqdan sonra Sahiləyə mənimlə 20 manat pul qarşılığında cinsi əlaqədə olmasını təklif etdim. Sahilə mənimlə razılaşdı".
Musa qeyd edib ki, daha sonra Əhmədin yanına gedərək kafedə birgə əyləşdiyi qadınla pul qarşılığında cinsi əlaqədə olmağa razılaşdığını bildirib, həmin qadınla cinsi əlaqədə olmağı üçün pul qarşılığında ona otaq təşkil etməsini bildirib: "Əhməd məni yeməkxananın digər otağına apardı və otağı göstərərək 1 saatı 10 manat pul qarşılığında orada qadınla cinsi əlaqədə ola biləcəyimi bildirdi. Mən Əhmədlə razılaşdım və ona 2 ədəd 5 manatlıq pul əsginası verdim. Bundan sonra Sahilənin yanına qayıdaraq onu Əhmədin göstərdiyi otağa apardım. Mən Sahiləyə 20 manat pul verdim və soyunaraq yatağa uzandıq. Biz cinsi əlaqədə olan zaman mülki geyimdə polis əməkdaşları otağa daxil oldular. Bizdən şəxsiyyətlərimizi təsdiq edən sənəd soruşdular və kafedə nə səbəbə cinsi əlaqədə olmağımızı bildirdilər. Mən də artıq polislərin Sahilə ilə cinsi əlaqədə olmağımı gördüklərini bildim. Ona görə də, heç bir söz deyə bilmədim".
Musa bildirib ki, daha sonra polis əməkdaşları izahatlarının alınması üçün onları Beyləqan Rayon Polis Şöbəsinə aparıblar: "Mən Əhmədə kafedə birgə əyləşdiyim qadınla pul qarşılığında cinsi əlaqədə olmağa razılaşdığımı bildirərək həmin qadınla cinsi əlaqədə olmağım üçün pul qarşılığında ona otaq təşkil etməsini bildirmişəm. Əhməd 10 manat pul qarşılığında mənə həmin otağı verib. Mən həmin kafeyə ilk dəfə gəlmişdim və əvvəllər orada kiminləsə cinsi əlaqədə olmamışam. Əhmədin işlətdiyi kafedə pul qarşılığında cinsi əlaqədə olmaq üçün başqa kimlərəsə otaq verib-verməməsi barədə məlumatı yoxdur. Mən Sahilə ilə kafeyə gedəndə orada bizdən başqa heç kim olmayıb. Cinsi əlaqədə olduğumuz otaqda olan yerə sərilmiş döşək, yastıq və yorğanı Əhməd özü yerə sərib. Mən Əhmədə Sahilə ilə cinsi əlaqədə olmaq üçün otaq istəyən zaman o, digər otaqda hər şeyin hazır olduğunu bildirərək bizi cinsi əlaqədə olduğumuz otağa aparıb. Mən otağa girəndə döşək, yastıq və yorğan yerə sərilmişdi və hazır vəziyyətdə idi".
Bu cinayət işinə Beyləqan Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əhməd aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzasına məhkum edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 228-ci (qanunsuz silah saxlama) maddəsi ilə olan cinayət işi ayrıca icraata götürülüb. Həmin iş üzrə o, təqsirləndirilən şəxs qismində ayrıca icraatda cinayət işi üzrə cəlb olunub.