Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kriminal hesablaşmaya görə tanışını güllələyən şəxs yenidən hakim qarşısında
Bakıda tanışını güllələyərək öldürməyə cəhddə təqsirli bilinən Pərviz Mayılovun barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.
Pravda.az xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 30-na təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Mayılov 15 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmədə keçirilən prosesdə bildirilib ki, təqsirləndirilən şəxs şikayətini geri götürüb. Bu səbəbdən Pərviz Mayılov tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərar çıxarılıb.
İttihama görə, polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci il fevralın 22-də paytaxtın Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Abıyevə hər iki bud və qol nahiyələrinə tapançadan atəş açmaqla xəsarət yetirməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Pərviz Mayılov saxlanılıb.
Hadisə “Dəyirman” kimi tanınan ərazidə qeydə alınıb. Əli Elxan oğlu Abıyev Pərviz Mayılovla mübahisə zamanı tapança ilə güllələnib. Hadisəni törədən Pərviz Ə.Abıyevə məxsus “Niva” markalı avtomobillə ərazidən qaçıb. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib.
Xəsarət alan Əli Abıyev cərrahi əməliyyat olunub. Onun müayinəsi zaman üç güllə yarası aşkar edilsə də, güllələr Ə.Abıyevin bədənində olmayıb.
Azadlığın məhdudlaşdırılması cəzası ilə məhkum olunan Ə.Abıyev kriminal hesablaşmaya görə güllələnib.
Ona “Makarov” tipli tapançadan atəş açılıb.
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Məhkəmə "12-ci imam"la bağlı qərar çıxardı
- Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib
- Azərbaycanda ilk dəfə olaraq vahid "Məhkəmə Çağrı Mərkəzi" istifadəyə verilib
- Arvadını uşaqlarının gözü qarşısında öldürmək istəyən qısqanc ər qərardan narazıdır
- Sumqayıtda şirkətdə mühasiblər dava etdilər, elektron qolbaq taxıldı
Rəylər