Bakının Nəsimi rayonu ərazisində qonşular arasında baş verən mübahisə qətllə nəticələnib.
Baku TV-nin məlumatına görə, hadisə rayonun Əlimərdan bəy Topçubaşov küçəsində, "Kubinka" kimi tanınan ərazidə qeydə alınıb.
İlkin məlumata görə, qonşular - Mahmud Əiyev və Rüfət Quliyev arasında söyüş üstündə mübahisə yaranıb. Bu zaman Mahmud Əliyev üzərində gəzdirdiyi bıçaqla Rüfət Quliyevin ürək nahiyəsinə zərbə endirib. Yaralı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Qətli törətməkdə şübhəli bilinən M.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.