Şəmkir rayon Əliyaqublu kənd sakini, 1966-cı il təvəllüdlü Nəsirova Səltənət Qulu qızı bədənin müxtəlif nahiyələrinin kəsilmiş yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, qadın Gəncənin Gülüstan qəsəbəsində yaşayan qızının evinə qonaq gəlib və münaqişə zəminində kürəkəni tərəfindən bıçaqlanıb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
S.B.
www.oxu.az