Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Lənkəranda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satanlar məsuliyyətə cəlb olundular
Lənkəranda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslər inzibati məsuliyyətə cəlb olunublar.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən müvafiq tədbirlər nəticəsində rayon ərazisində üç mağaza və köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.
Məlumata görə, polis əməkdaşları tərəfindən həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokollar tərtib olunub.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Xocavənddə "sürpriz" partlayıcı qurğu aşkarlandı
- "E-Polis"də dövlət rüsumlarını daha rahat şəkildə ödəmək mümkündür
- Salyanda narkotiklərin satışı ilə məşğul olan şəxs həbs edilib
- Göyçayda kişi ögey qızına təcavüz edib? - Polis araşdırmalara BAŞLADI
- Yardımlıda ƏMƏLİYYAT: İran vətəndaşları saxlanıldılar