Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qırğızıstanda aeroportda bomba həyəcanı
Bu gün Bişkekdəki "Manas" Beynəlxalq Aeroportunda bomba xəbərdarlığı səbəbindən sərnişinlərin təcili təxliyəsi həyata keçirilib.
Oxu.Az-ın "Sputnik Qırğızıstan"a istinadla verdiyi məlumata görə, bu barədə hava limanının Mətbuat Xidməti xəbər yayıb.
Bildirilir ki, partlayış təhlükəsi barədə məlumat aeroportun elektron poçtuna daxil olub.
Təhlükəsizlik məqsədilə daxili reyslərə qeydiyyat qismən dayandırılıb və sərnişinlər təcili olaraq aeroport binasından təxliyə ediliblər. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları bütün otaqların və baqajın hərtərəfli yoxlanışını aparırlar.
Qeyd edək ki, dekabrın 2-də də aeroporta bomba barədə məlumat daxil olmuş, ancaq sonradan həmin məlumat yalan çıxmışdı.
"Qırğızıstan" teqi üzrə xəbərlər
- "Şamaxı" ilə yollarını ayıran futbolçu legioner həyatı yaşamağa hazırlaşır
- AZAL təyyarəsinin qəzasında xəsarət alan Qırğızıstan vətəndaşları Bişkekə yola salınıblar
- Qırğızıstan təyyarə qəzası ilə əlaqədar Qazaxıstana nümayəndə heyəti göndərəcək
- Baş nazir: "Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığı inkişaf edəcək"
- Qırğızıstan prezidenti baş naziri vəzifədən azad etməsinin səbəbini açıqladı
Rəylər