Maliyyə Nazirliyinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Elnur Əzimov, Emin Adıgözəlov və Nazim Qarayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilənlər - Elnur Əzimovun 15 il, Emin Adıgözəlovun 12 il 6 ay, Nazim Qarayevin 13 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.
Müdafiə tərəfi çıxışlara hazır olmadığı üçün məhkəmədən vaxt istəyib.
Növbəti proses oktyabrın 20-nə təyin edilib.
Xatırladaq ki, Nazim Qarayev, Emin Adıgözəlov və Elnur Əzimov Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 193.1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.
Maliyyə Nazirliyi iş üzrə zərərçəkmiş qismində tanınıb.
Elgün Həsənli