Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Məhkəmə Tofiq Yaqublu barəsində qərar verdi
Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədovun (Vaqifoğlu) apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən onların apellyasiya şikayəti təmin edilməyib və barələrindəki hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu 9 il və Elnur Məmmədov 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilir.
İstintaqın gedişatında Elnur Məmmədov (Vaqifoğlu) təqsirləndirilən şəxs qismində cəlb edilib. Ona Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ondan istifadə) maddələri ilə ittiham verilib. E.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- ÖMÜRLÜK HƏBS: Bakıda aktyor və arvadının qətlinin TƏFƏRRÜATI
- Yeniyetmələrə qarşı zorakılıq edən kişiyə hökm oxundu
- Tiktoker "Beniz" zərərçəkənlə barışıb?
- Bakıda 22 il əvvəl törədilən dəhşətli cinayət işi ilə bağlı MƏHKƏMƏ: Azyaşlı zorlanaraq ÖLDÜRÜLÜB
- Yeni detallar: Əzizə Seyidovanın əri onun sifarişi ilə qətlə yetirilib? - MƏHKƏMƏ İŞİ