Bu gün iki il müddətinə azadlıqdan məhrum edilən blogger Mehman Hüseynovun saxlanacağı yer dəyişdirilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Lent.az-a onun yaxınları məlumat verib.
Mehman Hüseynov Şüvəlanda yerləşən 3 saylı Bakı İstintaq Təcridxanasına yerləşdirilib.
Xatırladaq ki, blogger CM-nin 147.2-ci (ağır və ya xüsusilə, ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunub.
S.B.
www.oxu.az