Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib, Оxu.Az "Report"-a istinadən xəbər verir.
Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, prospektdə, 80/26 saylı evin 15 saylı mənzilində yaşayan 2003-cü il təvəllüdlü Abdullayev Ruhani Ramil oğlu küçədə naməlum şəraitdə sağ ayaq nayihəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
N.H.
www.oxu.az