Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Mingəçevirdə çobanın meyiti tapıldı
Mingəçevirdə bağ massivində meyit tapılıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə martın 23-ü axşam saatlarında qeydə alınıb.
Tovuzun Aşağı Ayıblı kəndində qeydiyyatda olan 53 yaşlı Mehman Yusifovun çoban olduğu, ilkin məlumata əsasən, mal-qara otararkən öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mingəçevirdə kişi meyiti aşkarlanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, meyit şəhərin Boşçalı bağ massivi adlanan ərazisində aşkarlanıb.
Araşdırma zamanı məlum olub ki, meyit əslən Tovuz rayonu Aşağı Ayıblı kəndindən olan və Mingəçevir şəhəri M.Müşfiq küçəsi ev 11/19 mənzil 30 ünvanında yaşamış, 1972-ci il təvəllüdlü Mehman Vəli oğlu Yusifova məxsusdur.
Meyitin üzərində heç bir zorakılıq əlaməti olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.