Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Övladlarının gözü qarşısında arvadı ilə qayınatasını öldürən şəxs ömürlük HƏBS OLUNDU
Bakıda həyat yoldaşı ilə qayınatasını qətlə yetirməkdə ittiham olunan Hikmət Əkbərovun cinayət işinin məhkəmə araşdırması yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Hikmət Əkbərov ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2024-cü ilin noyabrın 8-də Suraxanı rayonu, Zığ qəsəbəsində baş verib.
36 yaşlı Hikmət Əkbərov gecə saatlarında əvvəlcə yatdığı yerdə qayınatası İlqar Bədəlovu, sonra isə həyat yoldaşı, 27 yaşlı Bənövşə Əkbərovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirməkdə təqsirləndirilib.
Hadisə Hikmət və Bənövşənin dörd övladının gözü qarşısında baş verdiyi bildirilib.
Ailələr arasında baş verən gərginlik 2010-cu ildə, 14 yaşlı Bənövşənin Hikmət tərəfindən qaçırılması ilə başlayıb. Barışığa gedərkən Hikmətin atası Bənövşənin yaxınlarının avtomobilində olarkən avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Bu hadisə isə guya tərəflər arasında azyaşlı qızın qaçırılmasına görə "qisasçılıq" kimi qiymətləndirilib.
Elgün Həsənli
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Dövlətə xəyanət edən Bəhruz Səmədova HÖKM OXUNDU
- Elariz Məmmədoğlunun qızı həyat yoldaşının məhkəməsinə çağırıldı
- Bakıda qəbiristanlıqda qanlı olay: Həmyaşıdını öldürən yeniyetməyə HÖKM OXUNDU
- Baş həkimə qarşı 95 minlik dələduzluq edən şəxs məhkəmə zalından azadlığa buraxıldı
- "Abzas Media" işi üzrə həbs olunan şəxslərə HÖKM OXUNDU